Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo ilk dəfə olaraq Avropa çempionatının qrup mərhələsini qol vurmadan tamamlayıb.
AZXEBER.COM xəbər verir ki, ulduz futbolçu 2004-cü ildən etibarən bütün Avropa çempionatlarında iştirak edən yeganə futbolçu kimi tarixə düşüb.
6 çempionatda iştirak edən Ronaldo ilk dəfə qrup mərhələsinə qol vura bilməyib.
O 2004 Avropa çempionatında 1, 2008-də 1, 2012-də 2, 2016-da 2, 2020 Avropa çempionatında isə 5 qol vurmağı bacarmışdı.