Ronaldo 'Real'ı darmadağın etdi - VİDEO

İDMAN
10:58 03.02.2013
1366
"Real"ın forvardı Kriştianu Ronaldo karyerasında ilk avtoqola imza atıb. Bununla da Madrid komandası İspaniya çempionatının autsayderi "Qranada"ya uduzub. AZXEBER.COM-un Reuters-ə istinadən verdiyi məlumata görə, Qranadada "Los-Karmenes" stadionunda keçirilən matç 1:0 ev sahibinin hesabına yekunlaşıb. Belə ki, oyunun 22-ci dəqiqəsində K. Ronaldo başı ilə öz qapılarına qol vurub.Bununla da, Real 22 oyundan sonra 43 balla turnir cədvəlinin 3-cü pilləsində qalıb. O, "Barselona"dan 15 xalla geri qalır. "Qranada" isə 23 bal toplayaraq 16-cı yerə yüksələ bilib.Ronalda isə əlavə edək ki, İspaniya çempionatının hazırkı mövsümündə 21 qol vurub. Oyunlar başlayandan "Real" 5 oyun uduzub, 4-ü heç-heçə bitib, 13-ündə isə qələbə qazana biliblər.

OXŞAR XƏBƏRLƏR