Dünən məşhur modelyer sevgilisi İrina Shayka ilə birgə Türkiyəyə gələn dünyanın ən bahalı futbolçusu, on minlərlə insanın alqışları ilə qarşılaşıb. "Real Madrid"in ulduz futbolçusu İstiqlal meydanındakı on minlərlə azarkeşinə, Dəmirörən ticarət mərkəzinin eyvanından gül-çiçək dəstələri ataraq onların sevgisinə biganə olmadığını nümayiş etdirib. Amma K.Ronaldonu görməyə gələnlərin onu görmək istəyi, sonda gərginliklə yadda qalıb. Xüsusi ilə "Beşiktaş" forması geyən azarkeşlərin gərginlik yaradan addımları ona gətirib çıxarıb ki, meydandakı əksər mağazalar bağlanılıb.
/// siasport