Ronaldo “Twitter”də ən çox təhqir edilən futbolçu oldu

Ronaldo “Twitter”də ən çox təhqir edilən futbolçu oldu
İDMAN
23:33 02.08.2022
342
Kriştianu Ronaldu ötən mövsüm "Twitter”də ən çox təhqir edilən Premyer Liqa oyunçu olub.

Bu barədə Alan Tyurinq İnstitutunun alimlərinin araşdırmasına istinadən "Ofcom” məlumat yayıb.

Tədqiqatçılar 2021/22 mövsümünün ilk beş ayında yazılmış 2,3 milyon tviti təhlil ediblər.

Onlardan təxminən 60 mini təhqiredici olub.

Həmin tvitlərdən 12520-si Ronalduya ünvanlanıb. Harri Maquayre 8954 tvitlə ikinci, Markus Reşford isə 2557 tvitlələ üçüncü yeri tutub.

Ümumilikdə, ilk 10-luqda "Mançester Yunayted”in 8 futbolçusu var.
OXŞAR XƏBƏRLƏR