Ronaldo və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb

Ronaldo və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
MAQAZİN
18:28 16.08.2026
191
Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub.

Cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, tərəflər nikahdan əvvəl sahib olduğu əmlakı özündə saxlayır. Toydan sonra alınan əmlak kimin adına rəsmiləşdirilibsə, ona məxsus olacaq. Birgə alınan əmlak isə hər iki tərəfə aid ediləcək.

Nikah şəhadətnaməsində ailənin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində daimi yaşadığı qeyd olunub. Onlar nikahdan sonra soyadlarını dəyişməyiblər.

///oxu.az///
OXŞAR XƏBƏRLƏR