"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/4 finalında sabah qarşılaşacaqları "Barselona"nın lideri Lioenel Messi haqda danışıb.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, norveçli mütəxəsis daha əvvəl də dünyanın ən güclü hücumçularına qarşı oynadıqlarını xatırladıb:
"Dünyanın ən yaxşı oyunçularından birini dayandırmaq üçün planımız nədir? Biz bu mövsüm Kriştiano Ronaldonun çıxış etdiyi "Yuventus" və Kilian Mbappenin oynadığı PSJ-yə qarşı da mübarizə aparmışıq. Düzdür, Messi və Suares müdafiəçilərimizə gərginlik yaradacaq. Görək, öhdəsindən necə gələcəyik".
Qeyd edək ki, aprelin 10u keçirləcək "MY" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.