"Beşiktaş"la yollarını ayırdıqdan sonra karyerasını başa vuran Quti Hernandez futboldan ayrılmaq niyyətində deyil.
Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan Quti idman direktorluğuna başlamaq niyyətində olduğunu bildirib:
"Karyeramı başa vursam da, futboldan ayrılmaq istəmirəm. İdman direktoru vəzifəsində çalışa bilərəm".
35 yaşlı futbolçu Kriştiano Ronaldo və Lionel Messinin bir komandada oynamasının mümkünlüyündən danışıb: "Kim Ronaldo və Messini komandasında istəməz ki? Əlbəttə, hər kəs onları komandasında görmək istəyər. Hər ikisi dünyanın ən yaxşı futbolçularıdır. Əgər onları bir komandaya gətirə bilsəm, məncə, problemsiz oynayarlar".
Qeyd edək ki, Quti "Real"ın heyətində keçirdiyi 448 oyunda 67 qola imza atmışdı.