Ronaldo yeni doğulan körpəsinin fotosunu paylaşdı

Ronaldo yeni doğulan körpəsinin fotosunu paylaşdı
İDMAN
16:15 22.04.2022
450
Ronaldo yeni doğulan körpəsinin fotosunu ilk dəfə paylaşıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni doğulan körpəsi ilə ilk ailə fotosunu paylaşıblar.
 
37 yaşlı portuqaliyalı ulduz İnstaqramda ailə fotosunu paylaşaraq "Gio və körpəmiz nəhayət bizimlədir. Bütün xoş sözlərə görə hər kəsə təşəkkür edirik. Dəstəyiniz bizim üçün çox önəmlidir və hamımız bunu hiss edirik", - deyə paylaşımında qeyd edib.
 
Qeyd edək ki, 2010-cu ildə ilk dəfə ata olan Ronaldonun 3-ü qız, 2-si oğlan olmaqla 5 övladı var. Xatırladaq ki, Kristiano Ronaldo yeni doğulan əkizlərindən oğlan uşağının öldüyünü açıqlamışdı.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR