Dünya Çempionatından məyus ayrılan Ronaldodan karyerası ilə bağlı VACİB QƏRAR

İDMAN
00:15 15.12.2022
1030
2022-ci il Dünya Çempionatından məyus ayrılan ulduz futbolçu Kriştiano Ronaldo karyerası ilə bağlı qərarını verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya mətbuatı 37 yaşlı məşhur futbolçunun millini tərk edib-etməyəcəyi ilə bağlı qərarını açıqlayıb.

Son mundialda iştirak edən 37 yaşlı futbolçunun millidən ayrılacağı iddia edilsə də, Portuqaliya mətbuatı futbolçunun pərəstişkarlarını sevindirəcək xəbəri açıqlayıb. 

Məlumata görə, Ronaldo millidən getməyi düşünmür. Ulduz futbolçunun ən azı AVRO-2024-də komandaya töhfə verə biləcəyini düşündüyü bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR