"Mançester Yunayted”in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə instaqram hesabında foto yayımlayaraq bu sözləri yazıb:
"Karyeramın 7 ilini Premyer Liqada keçirdim və bu, mənim İngiltərədə yaşadığım 8-ci mövsüm oldu. Bu illər ərzində mən Böyük Britaniyanın kraliçasına olan sonsuz məhəbbətini və ülyahəzrətin britaniyalılar üçün nə qədər əhəmiyyətli olduğunu gördüm. Onun əbədi olaraq yaddaşlarda qalacağını hiss etdim. Mən kraliçanın xatirəsinə ehtiramımı bildirirəm və vətənim deməyi öyrəndiyim bu əvəzolunmaz ölkədəki itkinin yasını tuturam. Düşüncələrim və dualarım kral ailəsi ilədir”.