Portuqaliyalı futbolçu Kriştianu Ronaldoya məxsus "Bugatti Veyron” markalı avtomobil qəzaya düşüb.
Lüks avtomobil İspaniyanın şərq sahilindəki Sa Koma kurortunda evin divarına çırpılıb.
Maşını idarə edən "Mançester Yunayted”in hücumçusu deyil, onun köməkçisi olub.
Adı açıqlanmayan sürücü xəsarət almayıb.
Ronaldoya gəlincə, onun ailəsilə birgə hazırda İspaniyanın Mayorka adasında olduğu, dünən böyük oğlunun ad gününü qeyd etdiyi bildirilib.