"Ronaldonun ilin ən yaxşısı olduğunu düşünmürəm" - Şahin Diniyev

"Ronaldonun ilin ən yaxşısı olduğunu düşünmürəm" - Şahin Diniyev
İDMAN
17:13 19.12.2016
2388
"Kəpəz" futbol klubunun baş məşqçisi Şahin Diniyev maraqlı açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, təcrübəli məşqçi goal.az saytının suallarını cavablandırarkən bu il "Qızıl top" alan Ronaldo haqda da fikirlərini bildirib.
 
O deyib ki, Ronaldo bu mükafata tam layiq deyil: "Şəxsən mənə görə, seçimdə müəyyən boşluqlar var. İl ərzində futbolçunun göstərdiyi oyundan çox qazandığı uğurlara diqqət çəkilir. Nəticədə tərs mütənasiblik yaranır. Görürsən ki, futbolçu il boyu yaxşı oynayır, amma komandası titul qazanmır. Düzü, Ronaldonun ilin ən yaxşısı olduğunu düşünmürəm. Zədə və başqa səbəblərə görə ötən mövsümlərə nisbətən zəif təsir bağışladı. Amma Çempionlar Liqası və AVRO-2016 qalibiyyəti onun "Qızıl top"a sahib çıxmasına imkan verdi. Mənə elə gəlir ki, geridə qalan il Messi həm "Barcelona", həm də Argentina millisində daha güclü futbol oynadı. Eyni zamanda Fransa millisini Avropa çempionatının finalına çıxaran Qrizmann da qeyd olunmalıdır. Fransızların çempion olmaması onun da indvidual mükafat şanslarını azaltdı. Komanda uğurlarına görə ən yaxşı futbolçu seçmək kriteriyası aradan qaldırılmalıdır. 
 
Şahin Diniyev həmçinin deyib ki, Çempionlar Liqasında builki favoriti "Barselona", "Real Madrid" və "Bavariya"dır. 
OXŞAR XƏBƏRLƏR