Ronaldonun illik qazancı açıqlandı

İDMAN
09:57 14.02.2025
194
Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo ardıcıl ikinci ildir dünyanın ən çox qazanan idmançısı olub.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu 2024-cü ildə 260 milyon dollar qazanıb. Bu məbləğin 215 milyon dolları "Əl-Nəssr" klubundakı maaşı və bonuslardan, 45 milyon dolları isə sponsorluq və reklam fəaliyyətlərindən əldə edilib.

Siyahıda ikinci yerdə NBA ulduzu Stefen Kerri (153,8 milyon dollar), üçüncü yerdə isə Tayson Füri (147 milyon dollar) qərarlaşıb. İlk beşliyi Lionel Messi (135 milyon dollar) və Lebron Ceyms (133,2 milyon dollar) tamamlayır.

Qeyd edək ki, Ronaldo bu siyahıda 2016-cı ildən bəri fasiləsiz olaraq yer alır və ümumi karyerası ərzində 1,8 milyard dollardan çox gəlir əldə edib.

OXŞAR XƏBƏRLƏR