Ronaldonun keçmiş sevgilisindən illər sonra gələn etiraf - Mənə pul təklif edildi...

Ronaldonun keçmiş sevgilisindən illər sonra gələn etiraf - Mənə pul təklif edildi...
MAQAZİN
16:27 19.02.2026
5457
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun keçmiş sevgilisi Cemma Atkinson illər sonra ayrılmaları ilə bağlı təəccüblü açıqlamalar verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Atkinson ayrıldıqları müddətdə Ronaldo haqqında mənfi ifadələr işlətməsi üçün adını çəkmədiyi şəxslər tərəfindən ona külli miqdarda pul təklif edildiyini, lakin təklifi rədd etdiyini bildirib.
 
O, futbolçu haqqında heç bir mənfi və ya pis düşüncəsinin olmadığını bildirərək onun dürüst biri olduğunu vurğulayıb.
 
Ronaldo ilə münasibətləri ilə bağlı susqunluğunu hələ də qoruyan Atkinson, puldan daha çox inandığı həqiqəti müdafiə etməyi seçdiyini deyib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR