Ronaldonun şikayəti baş məşqçini qovdurdu

İDMAN
19:58 12.04.2023
335
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.

Bu barədə "Marca" nəşri yazır.

59 yaşlı mütəxəssisin qovulmasına həm komandanın son matçlardakı qeyri-qənaətbəxş nəticələri, həm də futbolçularla münasibətinin pis olması göstərilir.

Qeyd olunur ki, Qarsiya bir neçə gün öncə paltardəyişmə otağında oyunçularla mübahisə edib.

Bu da klub rəhbərliyinin narazılığına səbəb olub. Daha əvvəl Kriştiano Ronaldonun "Əl-Nəsr"in baş məşqçisi Qarsiyadan narazı olduğu bildirilirdi.

Portuqaliyalı forvard bununla bağlı klub rəhbərliyinə məlumat verib.

Həmçinin bildirilir ki, Qarsiya rəhbərliyin gözləntilərini doğrultmayıb.

"Əl Nəsr" hazırda Səudiyyə Ərəbistanı çempionatında "Əl-İttihad"dan 3 xal geri qalaraq ikinci yerdədir.

Qeyd edək ki, Qarsiya 2022-ci ilin yayında "Əl-Nəsr"in baş məşqçisi təyin edilib.
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR