Ronaldonun yeni qiyməti açıqlandı

İDMAN
23:52 11.09.2012
2392
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo supertəklif alıb. İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres Ronaldoya ödəniləcək illik əmək haqqının artırıldığını bildirib.Madrid klubundan ildə 10 milyon avro alan portuqaliyalı forvarda bu mövsümdən etibarən 16 milyon avro ödəniləcək. Buna səbəb isə İspaniyada əcnəbi futbolçular üçün müəyyənləşdirilən verginin 52 faiz olmasıdı.Bundan əlavə Peres ona karyerasının sonunadək “Real”da qalmaq təklifini irəli sürəcək. Ronaldonun incikliyinin qarşılığında klub rəhbərliyi məhz belə təkliflə çıxış etmək qərarına gəlib.Qeyd edək ki, Ronaldo ildə 10 milyon avro qazancla dünyada ən çox qazanan futbolçular sırasında 9-cu yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR