Ronaldoya Fransandan təklif var

İDMAN
14:40 25.09.2012
1455

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını Fransa liqasında davam etdirə bilər.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Fransanın PSJ klubu portuqaliyalı ulduza "elçi" düşüb.

Bu barədə açıqlama verən PSJ-nin prezidenti Nasser Əl-Xelayfi Ronaldonun transferi ilə bağlı danışıqlara hazır olduqlarını açıqlayıb:

"PSJ hazırda dünyanın ən varlı klublarından biridir. Bununla belə, biz pulumuzu necə - gəldi xərcləmək istəmirik. Ancaq Ronaldonun transferi ilə bağlı danışıqlara hazırıq. Qarşı tərəfin razılığını gözləyirik".Qeyd edək ki, PSJ ilə yanaşı, "Mançester Siti" klubu da Ronaldo ilə yaxından maraqlanır.

OXŞAR XƏBƏRLƏR