İspaniyanın "Real" Madrid klubun portuqaliyalı ulduzu Kriştiano Ronaldoya illiyi 15 milyon avrodan yeni müqavilə təklif edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, müqavilənin müddəti 5 ildir.Ronaldo ötən mövsümdə 55 rəsmi qarşılaşmada 60 qol vuraraq "Real" Madridi çempionluğa aparmışdı. Klub futbolçu üçün 50 milyon avronu vergi qismində ödəyəcək. aha 75 milyon avro isə Ronaloya məvacib kimi ödənəcək. Ümumilikdə isə futbolçu kluba 125 milyon avroya başa gələcək.Qeyd edək ki, Ronaldo 2009-cu ildə 93.1 milyon avro məbləğ müqabilində İngiltərənin "Mançester Yunayted" klubundan transfer edilmişdi. O, "Real"dan ildə 11 milyon avro alırdı.