"Yuventus"u təbrik edirəm. Çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar. Onlar layiqli qələbə qazandılar. Biz də çox səhv etdik.
Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınnın 1/8 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
"Bu matçın ən pis oyunumuz olduğunu düşünmürəm. Sadəcə, rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol epizodu yaratdıq, amma ikinci yarıda heç nə ilə yadda qalmadıq" - o söyləyib.
Argentinalı mütəxəssis Turin klubunun üç qolunun müəllifi olan Kriştianu Ronaldunun onun hərəkətini təkrarlamağına da münasibət bildirib: "Ronaldu dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir. Ronaldunun jesti? O gördü ki, mən bu hərəkəti "Metropolitano"da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldu belə böyük klubun ruhunu nümayiş etdirdi".