"Yuventus"un futbolçusu Kriştianu Ronaldu 2 qol vurduğu və "Sassuolo"nu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard A Seriyasında qol hesabını açdığı üçün xoşbəxt olduğunu deyib:
"Çox xoşbəxtəm. "Sassuolo" yaxşı müdafiə olundu, lakin biz daha yaxşı oyun sərgilədik. İlk qolu vurmağı çox istəyirdim. Amma təbii ki, əsas olan komandanın 3 xal qazanmasıdı. Qol vura bilmədiyim üçün hamı danışırdı. Bu da bir az məni narahat edirdi. Çox çalışırdım və qol vuracağımı bilirdim. Artıq İtaliya futboluna uyğunlaşıram".
Əvvəlki üç turda rəqib qapılarına yol tapa bilməyən Ronaldu, bu turda dubla imza atmağa nail olub. O, öncə 50-ci dəqiqədə matçda hesabı açıb. 65-ci dəqiqədə isə Kriştianu dublunu rəsmiləşdirib.