Ronaldu Nepalda zəlzələ qurbanlarına 7 milyon avro ayırdı

İDMAN
15:35 09.05.2015
1437
Futbolçu yardımını əsgirmədi.
İspaniyanın “Real Madrid” futbol klubu və Portuqaliya yığmasının hüçumçusu Kriştianu Ronaldu Nepalda zəlzələ qurbanlarına 7 milyon avro kömək edib.
Oxu.Az O Jogo-ya istinadən xəbər verir ki, aprelin sonunda 35,3 milyon izləyicisinin olduğu Tvitter akkauntunda faciə qurbanlarına yardım edən Save the Children təşkilatına yardıma səsləyən Ronaldu, bu dəfə isə özü xeyriyyə işinə töhfə vermək qərarına gəlib.
Nepalda 7,9 bal gücündə dağıdıcı zəlzələ aprelin 25-də səhər baş verib. Son məlumata görə, 7,8 mindən çox insan həyatını itirib, yaralıların sayı 14 min nəfəri ötür, “R-sport” xəbər verir
OXŞAR XƏBƏRLƏR