"Sports Illustrated" jurnalı model İrina Şeyk və futbolçu Kriştianu Ronaldunun 5 illik münasibətinin bitməsinə səbəb kimi model Kristina Perici göstərib.
2010-2015-ci illərdə sevgili olan İrina və Ronaldu hər kəsi təəccübləndirərək ani qərarla ayrılmışdılar. O vaxt buna çox səbəb göstərilsə də, dərgi indi tamam başqa iddia irəli sürüb.
İrinaya bənzərliyi olan Peric Mayamidə Ronaldu ilə tanış olub. Elə həmin ərəfədə Kristina açıqlama verərək futbolçu ilə çox vaxt keçirmədiyi üçün kədərləndiyini bildirmişdi. Bundan bir müddət sonra İrina ayrılıq qərarı verib. O, Ronaldunun Peric və digər modellərlə mesajlaşdığını söyləyib.
///axşam.az



