Ronaldudan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi

Ronaldudan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi
İDMAN
10:24 21.10.2017
2259

"Real"ın hücumçusu Kriştianu Ronaldu növbəti dəfə xeyirxah addım atıb. 

Ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib. 

Bu haqda Ronaldunun bacısı Katya Aveyru Facebook-da yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib. 

 

Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib.

///qol.az
OXŞAR XƏBƏRLƏR