Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu Ronaldu Junior ilk dəfə Portuqaliya millisinə dəvət alıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölkəsinin U-15 yığmasına çağırılan yeniyetmə futbolçu Xorvatiyada təşkil olunacaq beynəlxalq yarışda iştirak edə bilər. Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.
Qeyd edək ki, 14 yaşlı futbolçu 2023-cü ildən "Əl-Nəsr”in akademiyasında məşq edir.