Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümdən döndü

İDMAN
12:46 01.03.2023
302
Kriştianu Ronaldunun pəhrizini təkrar edən gənc futbolçu bunun ağır fəsadlarını yaşayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Palmeyras”ın gənc futbolçusu 22 yaşlıQabriel Menino bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başladığını bildirib.

Qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini deyən gənc futbolçu bir neçə gündən sonra səhhətində problemlər olduğunu vurğulayıb:

"Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim”.
 
Günel
OXŞAR XƏBƏRLƏR