"Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə yenidən həbs edilib.
AZXEBER.COM xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl də 45 sutka həbs edilmişdi.