09:26 Bazar Günü, 17 Noyabr 2019
SOSİAL

Rostov-Bakı mikroavtobusu qəzaya düşdü - çox sayda yaralı var

10:05, 05.11.20193915
Rostov-Bakı mikroavtobusu qəzaya düşdü - çox sayda yaralı var
Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. 

AZXEBER.COM Trend-ə istinadla xəbər verir ki, qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.

Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ