Roza Zərgərli konsert verəcək: "3 gün dəvətnamə paylamaqdansa, 1 gün olsun yaxşı olsun"

Roza Zərgərli konsert verəcək: "3 gün dəvətnamə paylamaqdansa, 1 gün olsun yaxşı olsun"
MAQAZİN
11:39 24.04.2017
1672
Müğənni Roza Zərgərli konsert verəcək.
 
Bu haqda AZXEBER.COM-a müğənni özü məlumat verib. 
 
Rozanın dediyinə görə, konsert Heydər Əliyev Sarayında baş tutacaq:
 
"Bu il payız aylarında mütləq konsertimiz olacaq. İnşallah konsert Heydər Əliyev Sarayında baş tutacaq. Yaşıl teatrda da edə bilərdik, amma rejissorlarımız, konserti tərtib edən insanlar məsləhət gördülər ki, Yaşıl teatrda olmasın. Əslində Yaşıl teatrı doldurmaq daha asan olsa da çəkiliş və ssenari baxımından Heydər Əliyev Sarayına üstünlük verdik”
 
Roza konsertinin həmkarların konsertindən fərqli olacağın iddia etdi. "3 gün dəvətnamə paylamaqdansa, 1 gün olsun yaxşı olsun. Mən öz izləyicilərim üçün konsert verəcəm. Konsert performansdan, bəzi məqamlardan bir çox sənət yoldaşımın konsertindən fərqli olmalıdır. Çünki Azərbaycanda heç vaxt istifadə olunmamış ssenari əsasında olacaq.
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR