'Roza Zərgərli və ya Elza Seyidcahan niyə müğənnilik edir?' - AÇIQLAMA

13:40 13.03.2013
2278
ANS TV-də yayımlanan "İkinci həyat" verilişində baş verən qalmaqal bərəsində xəbər vermişdik.AZXEBER.COM olaraq Əli Mirəliyevdən bu mövzuda fikirlərini aldıq. Müğənniyə sualımızı ünvanlayan kimi, çox əsəbi, “Bu gənc müğənnilər artıq özündən çıxır. Nə danışdıqlarını bilmirlər. Hər yerindən qalxan deyir ki, mən müğənni olacam. Axı sənin səsin yoxdur! Şou-biznesimizdəki müğənnilərin çoxunun səsi yoxdur. Ama oxuyurlar. Məsələn Roza Zərgərli və ya Elza Seyidcahan niyə müğənnilik edir? Onlarda səs var? Oxuya bilmirlər. Getsinlər başqa işlə məşğul olsular. Bu sənətdə öz sözünü demiş insanlar kənarda qalır, səsi olmayanlar nə gəldi danışır. Sizlər kimsiniz ki, müğənnilik barəsində nəsə deyəsiniz? Əvvəlcə Rəşid Behbudov kimi, Mirzə Babayev kimi, mənim kimi olmağı bacarın, sonra bu sənət barəsində danışın!” deyərək fikirlərini bölüşdü.Qeyd edək ki, müğənni Mehrim, "Müğənni olmağa çalışmayın, müğənnilik elə də bir böyük şərəf deyil.", "Müğənnini qapıdan qovdun, pəncərədən düşməlidir", "Mən harasa gedəndə müğənni olduğumu deməyə utanıram, çünki müğənni xanımlar ..." və bu kimi fikirlərini səsləndirərək bu sənətdə olmasından utandığını dilə gətirməsi rezenansa səbəb olub.Ozal İbrahimli 
OXŞAR XƏBƏRLƏR