ABŞ-nin dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Rusiya-Ukrayna münaqişəsinin həllinin vacibliyini vurğulayıb.
AZXEBER.COM Oxu.Az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Rubio Moskvanı buna nail olmaq üçün tədbirlər görməyə çağırıb: "Dövlət katibi Prezident Trampın münaqişəyə son qoymağa çağırışını təkrarlayıb və Moskvanın Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həllini təmin etmək üçün tədbirlər görməsinin vacibliyini vurğulayıb".
Qeyd edək ki, Rubio və Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında görüşüblər. Bağlı qapılar arxasında keçirilən görüş təxminən bir saat davam edib.