ABŞ dövlət katibi Marko Rubio Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib və Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə konstruktiv əməkdaşlıq etmək istəyini bəyan edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
"Amerika xalqı adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik etmək istəyirəm. Biz həmçinin bu fürsətdən istifadə edərək ABŞ-ın Rusiya və Ukrayna arasında davamlı sülhü təmin etmək üçün Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlıq etmək istəyini bir daha təsdiqləyirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək", - məlumatda deyilir.