Ruhi bahalı avtomobil bağışladı - FOTOLAR

MAQAZİN
15:01 28.06.2013
16164

Dünən axşam ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının final gecəsi baş tutub.

“Biznes-ledy” titulunun sahibi olan Ruhi Əliyevanın rəhbərliyi ilə keçirilən qala gecədə müsabiqənin qalibinə avtomobil hədiyyə olundu.

AZXEBER.COM-un məlumatına görə, ikinci yerin sahibəsi şəxsən Ruhi xanımın təqdim etdiyi brilliant qaşlarla bəzədilən zinət əşyasını qazandı. Müsabiqənin üçüncüsü isə xaricə iki nəfərli səyahət uddu. Mərasimin ən diqqət çəkən məqamlarından biri Türkiyədən Azərbaycana özəl qonaq olaraq dəvət olan tanınmış stilist və dizayner Hakan Akkayanın münsif kürsüsündə əyləşməsi idi.

Ruhi Əliyevanın dəvəti ilə gələn Hakan ən gözəl geyinən xanımın seçilməsində yaxından iştirak etdi. Bununla yanaşı onun şəxsi kolleksiyasının nümayişi də baş tutdu. Tamaşaçıların alqışlarına səbəb olan daha bir məqam isə müsabiqənin digər münsifi tanınmış müğənni Zamiq Hüseynovun Hakan Akkayanın kolleksiyasına müraciət etməsi oldu. Final zamanı Zamiq Hakanın Türkiyədən məxsusi olaraq Zamiq üçün gətirdiyi qırmızı kostyum idi. Zamiq Hakanın kolleksiyasının nümayiş olunduğu an səhnəyə çıxıb özəl geyimini təqdim etdi. Onu da qeyd edək ki, münsiflər həyətinin digər üzvləri sırasında aparıcı Nərgiz Cəlilova, stilist Fuad Hacıyev, “Nərgiz” jurnalının baş direktoru Könül Nağıyeva, modelyer Afaq İsmailzadə və Leyla Əhmədova da var idi. Mərasimin aparıcıları da gecəni fərqli şəkildə idarə etdilər. Əsas aparıcıqismində Nanə Ağamalıyeva idi. Xanım aparıcı dörd kişi həmkarının- Azər, Rüfət, Şəhriyar və Cavidin əhatəsində final mərhələsini idarə etdi.

Gecə başa çatdıqdan və avtomobil öz sahibini, Aygün xanımı tapdıqsan sonra qapalı ziyafət təşkil olundu. Ruhi qonaqlarını və komanda üzvlərini başına topladı. Hər iki mərasimdə baş verənləri təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

OXŞAR XƏBƏRLƏR