Ruhi Əliyeva çağırış etdi: Dincəldiyimiz məkanları görəsən niyə bu günə qoyuruq?

Ruhi Əliyeva çağırış etdi: Dincəldiyimiz məkanları görəsən niyə bu günə qoyuruq?
SOSİAL
11:18 03.07.2021
390
Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva ətraf mühitin təmizliyinə riayət etməyən, istirahət mərkəzlərində, bölgələrdə, müxtəlif məkanlarda natəmizlik yaradan şəxslərə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, iş xanımı bir neçə gün əvvəl üz tutduğu dəniz kənarında müşahidə etdiklərini qələmə alıb və şəxsi sosial şəbəkələri vasitəsi ilə çağırış edib: 

"Yenə yay, yenə istirahət mövsümü, yenə də tullantılar mövzusu... Hər birimiz bir fərd olaraq düşünsəkmi bəlkə? 

Bir neçə gün əvvəl dəniz sahilində dincələrkən gördüklərim və hamımızın şahidi olduğumuz acınacaqlı mənzərə, sarsıtdı məni. Quma, torpaq qatına toxunduqca altdan butulkalar, şüşə qırıqları, sellofan torbalar, tibbi maskalar və daha nələr-nələr çıxırdı... 

Təəssüf ki, belə mənzərə təkcə sahil boyu ərazilərdə deyil, dincəldiyimiz hər guşədə, çay kənarlarında, dağ çaylarının hövzələrində bizləri "qarşılayır". Düzdür, bunu hamımız görürük, bilirik, hətta qınayırıq da. Gəlin, bir an fikirləşək, bəs niyə bitmir bu tullantılar? Bu qədər təbliğat aparılır, bu qədər yazılır, bu qədər qınanılır, nəhayət bu qədər təmizlənir... 

Maraqlısı da odur ki, soruşsaq, hər kəs "mən atmıram" deyəcək. Onda bəs haradandır bu utandırıcı mənzərə? 

Bu haqda davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də  tullantıların hara gəldi atılması davam edir. 

Təsəvvür edin, eyni ərazilər dəfələrlə tullantılardan təmizlənib, lakin zibil azalmır ki, azalmır. Dincəldiyimiz məkanları, əraziləri görəsən niyə bu günə qoyuruq? Nə vaxta qədər belə yanaşma olacaq? Yəqin ki, yanaşmamızı dəyişənədək... 

Bu münasibətimizi dəyişmədikcə istirahət etdiyimiz ərazilər, ayağımızın dəydiyi hər yerdə ürəkaçmayan mənzərənin, tullantıların şahidi olacağıq. 

Hər birimiz məsuliyyət daşıyırıq. Bunun üçün hər kəs özündən başlamalıdır. Bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etməyək, hamılıqla məsələnin ciddiliyini başa düşək. Hər birimiz bu barədə düşünsəkmi bəlkə? 

Dincəlmək, istirahət etmək üçün üz tutduğumuz bölgələr, məkanlar, istirahət mərkəzlərində hamılıqla təmizliyə riayət etsək, istifadə etdiyimiz və sonradan tullantıya çevrilən zibilləri, lazımsız əşyaları zibil qutusuna atsaq bütün mənzərəmizi də dəyişməyə müvəffəq olacağıq. Gəlin əl-ələ verək, ətraf mühitimizi qoruyaq. Axı bu məkanlardan gələcək nəsillər, öz övladlarımız da istifadə edəcək. Balalarımıza təmiz mühit ərməğan edək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq