İş xanımı Ruhi Əliyevanın əkizləri Həsən və Muhəmmədin doğum günüdür.
AZXEBER.COM xəbər verir ki, o, bu münasibətlə övladlarını təbrik edib.
Əkizlərin fotosunu paylaşan Ruhi Əliyeva onlara ürək sözlərini yazıb:
"Könlümün iki qanadı, ruhumun nəfəsi, həyatımın ən saf, dəyərli bəxşişləri – Muhammədim və Həsənim. Bu gün artıq 13 yaşınızdasınız. Zamanın nə qədər sürətlə keçdiyinə təəccüblənirəm, amma ən gözəli odur ki, bu illərin hər saniyəsi sizinlə doludur.
Arzum budur: nə olsa da qəlbinizin təmizliyini hər zaman qoruyasınız. Sözünüz düz, baxışınız dürüst, niyyətiniz saf olsun. Daxilinizdəki insanı heç vaxt itirməyin, çünki dünyanın ən böyük dəyəri mərhəmətli, vicdanlı, şəfqətli insan ola bilməkdir. Bir-birinizin kölgəsi, dayağı olun. Ədaləti sevin, sadəliyə dəyər verin… Güclü olun, amma gücünüzlə incitməyin.
Ad gününüz mübarək, can parçalarım. Bilin ki, bu dünyada sizi hər kəsdən çox sevən bir ürək var. Varlığınız həyatımın ən gözəl, dəyərli hədiyyəsidir . Ömrünüz səadətlə dolsun, yollarınız daim aydın olsun. Sağlam və xoşbəxt olun. Sizi dünyalar qədər çox sevirəm. Sonsuz və səbəbsizcə".
Aysel