Ruhi xəstə olan nəvə 79 yaşlı nənəsini burada öldürüb - VİDEO

Ruhi xəstə olan nəvə 79 yaşlı nənəsini burada öldürüb - VİDEO
SOSİAL
17:15 13.11.2017
2491

Şəkidə 79 yaşlı nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.

AZXEBER.COM  ARB TV-yə istinadla xəbər verir ki, hadisə Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.

30 yaşlı Reyhan Davudova nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib. R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Məlumata görə o, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub.

Qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.

 

Faktla bağlı araşdırma aparılır.

 



 


OXŞAR XƏBƏRLƏR