“Ruhiyyə evdən çörək almaq adı ilə getdi” - VİDEO

“Ruhiyyə evdən çörək almaq adı ilə getdi” - VİDEO
SOSİAL
10:55 09.04.2025
241
Bakıda 16 yaşlı qız itkin düşüb.

AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Ruhiyyə Qasımova aprelin 5-də evdən çıxıb və geri qayıtmayıb.

Onun anası Gültəkin Qüdəssərova bildirib ki, övladı 9-cu sinif şagirdi olsa da, məktəbə getmirmiş.

O, qızının telefonda kiminləsə danışdığını hiss etdiyini, naməlum şəxsin onu maşına mindirərək apardığını deyib.

G.Qüdəssərova övladının son olaraq Tovuz rayonunda olmasına dair məlumat aldıqlarını əlavə edib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, itkin düşmə ilə bağlı axtarış tədbirləri həyata keçirilir.

Daha ətraflı videomaterialda:
 

OXŞAR XƏBƏRLƏR