Bolqarıstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini açıqlayıb.
APA-nın xəbərinə görə MSK-nın məlumatında deyilir ki, Rumen Radev dövlət başçısı, İliyan Yotov isə vitse-prezident seçiliblər.
Komissiya bildirir ki, ikinci turda seçicilərin 66.72%-i Radevin lehinə səs verib. Digər namizəd, Anastas Qercikov 31.8% səs toplayıb.