Rumıniya Qara dənizdə Ukraynaya məxsus dəniz dronunu məhv edib

Rumıniya Qara dənizdə Ukraynaya məxsus dəniz dronunu məhv edib
DÜNYA
05:29 04.12.2025
82
Rumıniya Hərbi Dəniz Qüvvələrinin sualtı minalardan təmizləmə qrupunun dalğıc-istehkamçıları Qara dəniz akvatoriyasında üzən və gəmiçiliyinə təhlükə yaradan "Sea Baby" tipli dəniz dronunu zərərsizləşdirib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Rumıniyanın sahil mühafizəsinin müraciəti əsasında, Konstansadan təxminən 36 dəniz mili şərq istiqamətində baş verib. Əməliyyat MAI 1107 patrul gəmisinin dəstəyi ilə həyata keçirilib. Obyekt araşdırıldıqdan sonra onun Ukraynada hazırlanmış və daha əvvəl Qara dənizdə tankerlərə hücumlarda istifadə olunan "Sea Baby" tipli pilotsuz qayıq olduğu müəyyən edilib.


Hərbçilər təhdidi neytrallaşdırmaq üçün icazə alıblar və dron nəzarətli partlayışla məhv edilib.

Nazirlik vurğulayıb ki, bütün tədbirlər qüvvədə olan əməliyyat prosedurlarına uyğun şəkildə həyata keçirilib.
 
/APA
OXŞAR XƏBƏRLƏR