Rumıniyada baş verən zəlzələnin Türkiyə ilə əlaqəsi var? - Seysmoloq AÇIQLADI

Rumıniyada baş verən zəlzələnin Türkiyə ilə əlaqəsi var? - Seysmoloq AÇIQLADI
DÜNYA
13:26 15.02.2023
212
Dünən Rumıniyanın cənub-qərbində baş verən 5,7 bal gücündə zəlzələ Türkiyəni təkrar qorxuya salıb.

AZXEBER.COM xəbər verir ki, Rumıniyada dünən baş verən 5,7 bal gücündə zəlzələnin Türkiyədəki qırılma xətlərinə təsir edib-etmədiyi sualına Bolqarıstan cavab verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Rumıniyada baş verən zəlzələnin episentrinin Drobeta-Turnu Severin şəhərindən 73 kilometr şimal-şərqdə olduğu açıqlanıb. Dərinliyinin 40 kilometr olduğu təsbit edilən 5,7 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Digər tərəfdən, zəlzələdən sonra panikaya düşən bir çox insan binaları tərk edib.

Bolqarıstanlı seysmoloq Valentin Buçakçiyev bildirib ki, son vaxtlar Rumıniyanın bəzi bölgələrində seysmik aktivlik intensiv olub. Bolqarıstan mətbuatına açıqlama verən Buçakçiev qeyd edib ki, Rumıniyadakı fay xətləri Türkiyədəkindən fərqlidir.

Ayşən
OXŞAR XƏBƏRLƏR