"Sülhün bərqərar olması Cənubi Qafqaz üçün bilavasitə məqsəd olmalıdır”.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Rumıniya Deputatlar Palatasının üzvü İulian Bulay Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Cənubi Qafqazda baş vermiş son hadisələr dayanıqlı sülhə nail olmaq üçün silah gücü ilə deyil, dialoq və danışıqlar yolu ilə birgə çalışmağın zəruriliyini xatırladır.