Rumıniyanın Qara dənizin sahilində yerləşən Kostineşt kurortundakı estakada yaxınlığında güclü partlayış baş verib.
Bu barədə "Agerpres” agentliyi məlumat yayıb.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin yanğınsöndürənləri, xilasediciləri və dalğıcları hadisə yerinə yola düşüb. Konstansa vilayətinin fövqəladə hallar üzrə müfəttişliyinin nümayəndəsi Andrej Ene bildirib ki, hadisənin səbəbləri araşdırılır.
Ölən və yaralananlar barədə məlumat verilməyib.