Rus ana azərbaycanlı övladını qətlə yetirdi - VİDEO

Rus ana azərbaycanlı övladını qətlə yetirdi - VİDEO
12:49 28.03.2013
1269

Rusiyada ana iki azyaşlı övladını qətlə yetirib və intihara cəhd göstərib.

Hadisə məhkəmənin onun uşaqlarını zorlamaqla ittiham olunan əri haqqında bəraət hökmü çıxarmasından sonra baş verib.AZXEBER.COM Pravda.Ru-ya istinadən xəbər verir ki, Tamara K. uşaqları Kalmıkiya Respublikasının Troitskoe qəsəbəsində yerləşən evində balışla boğaraq öldürüb.Daha sonra iki uşaq anası şprisdən venasına hava vurub. Tamara K. özünə qəsd etməzdən öncə “Pravdı.Ru”ya danışıb.Qadın müsahibəsində ərinin Kalmıkiyada tanınmış vəkil, geniş əlaqələrə malik şəxs olduğunu və bu səbəbdən ona qarşı sadəcə ədalətli ola bilmədiklərini bildirib. Qadın həmçinin Moskvanın mərkəzində təşkil etdiyi piketlərlə özünə diqqət cəlb etməyə cəhd göstərib. Onun şüarı isə belə olub: “Uşaqbazı cəzalandırın!”. Tamaranın sözlərinə görə, araşdırma uzun çəkdi, 19 dəfə aparılan ekspertiza isə heç bir nəticə vermədi. Tamaranın dediklərinə baxmayaraq, Kalmık Respublikasının bir sıra mətbu orqanı onun keçmiş ərinin lehinə çıxış ediblər.Jurnalistlərin məlumatına görə, Tamara K. intim xidmətlər göstərdiyi əxlaqsızlıq yuvasında tanış olduğu Azərbaycan vətəndaşından bir oğul dünyaya gətirib. Ərinin ünvanına ittihamı isə o, kişinin ondan ayrılmaq qərarından və onun tərcümeyi-halını biləndən sonra irəli sürüb. Eyni zamanda, bəzi məlumatlara görə, qadın uşaqların reabilitasiyası üçün internet vasitəsilə bir qədər pul da yığa bilib.Gün.Azöz oxucularına qadının Pravda.Ru-ya verdiyi müsahibəsini təqdim edir.

OXŞAR XƏBƏRLƏR