“Rus dilində təhsil alanlara mane olmaq qeyri-mümkündür” - Deputat

SOSİAL
15:26 23.01.2025
1247
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Murad Arif Elm və Təhsil Nazirliyini tənqid edib. 
  
O paylaşımında rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib: 
  
"Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinifə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən sonra istəyən rusca, istəyən yaponca oxumağı seçməlidir. Amma rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsit. Balalarımız təcrübə dovşanı deyil". 
  
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında rus dilində təhsil almağa kütləvi meylin yaxşı hal olmadığını bildirib: 
  
"Bu məsələ ilə bağlı mütəxəssislər danışmalı, Elm və Təhsil Nazirliyi münasibət bildirməlidir. İlk onu qeyd edim ki, ana dilində təhsil almaq konstitutsiyamızda təsbit olunub. Yəni konstitutsiyaya görə ölkədə təhsil alan hər bir vətəndaşın öz ana dilində təhsil alması təmin olunmalıdır. Ancaq xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə 100 mindən çox rus dilli əhali yaşayır. Bu mənada məktəblərdə rus bölməsinin fəaliyyət göstərməsi qanuunvericilik və qanunla tənzimlənir”.
  
Deputat həmçinin qeyd edib ki, bu məsələni qabartmaqla kimlərisə qızışdırmağa çalışırlar: 

"Düşünürəm ki, son günlər bu məsələlələri məqsədli şəkildə qaldırıb, kimlərisə qızışdırmağa çalışırlar. Biz nəzərə almalıyıq ki, Rusiya bizim qonşumuzdur. Eyni zamanda Rusiya tarixdə bizə qarşı hansı addımları atıb, son olaraq təyyarə qəzası bunlar hamısı aydındır. Bunlar münasibətlərimizə xələl gətirən məsələdi. Amma biz Rusiya ilə qonşu olduğumuz üçün bu münasibətləri qorumalıyıq. Digər mühüm məqam isə bu gün dünyada informasiya müharibəsi gedir. Baxsaq görərik ki, ermənilər Rusiyada rus dilində bizə qarşı kampaniyalar aparır. Ona görə də insanlarımızın rus dilini bilməsi, dil haqqında məlumatlı olması bizə lazımdır. Burada heç kim, heç kimi övladını rus bölməsinə qoymağa məcbur etmir. Ailə var ki, ata, ana rus dilində danışdığı üçün övladının da rus dilində təhsil almasını istəyir". 
  
Rus dilində təhsilə kütəvi meyilliyin yaxşı olmadığını deyən Ceyhun Məmmədov daha sonra qeyd edib: 

"Əlbəttə ki, rus dilində təhsilə kütləvi meyil yaxşı deyil. Düşünürəm ki, biz öz ana dilimizdə təhsil almalıyıq. Ancaq rus dilində təhsil alan, yaxud almaq istəyənlərə mane olmaq qeyri-mümküdür. Ona görə də bu məsələdə hər kəs açıqlaması ilə yanaşı, mövzuya münasibət bildirərkən qanunvericilik və qanunları bilməlidir". 
  
Ceyhun Məmmədov ingilis dilli məktəblər haqda da danışıb:

"Bu məntiqlə yanaşsaq o zaman rus dilində olan məktəblərin bağlanmasını deyiriksə deyək ki, Azərbaycanda fəaliyyət göstərən ingilis dilli məktəblər də bağlanmalıdır. İngilis dilində də Azərbaycanda kifayət qədər məktəb var. Niyə bu məsələ ilə bağlı heç kəs danışmır? Ancaq hamı rus dilli məktəblərin bağlanmasını istəyir. Ona görə də bu məslələrdə diqqətli olmaq lazımdır. Biz diqqəti üzərimizə çəkib, münasibətləri korlamamalıyıq. Onsuzda bu məsələ zamanla həllini taparaq tənzimlənəcək". 
  
Deputat rus bölməsində təhsil alan şagirdlərə tarix fənninin Azərbaycan dilində tədris olunmasına da münasibət bildirib:

"Rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması Elm və Təhsil Nazirliyinin qərarıdır. Onlar düşünürlər ki, rus bölməsində təhsil alan şagirdlər tariximizi Azərbaycan dilində öyrənməlidirlər. Ancaq burada bir reallıq da var ki, rus dilində təhsil alan şagirdlərin çoxu Azərbaycan dilini bilimirlər. Ola bilsin ki, Azərbaycan dilini bilməmələri onlara tarixi başa düşməkdə çətinlik yaratsın. Bu bir qərardır və səbəbini Elm və Təhsil Nazirliyi bilir".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir