Rus əsgərlərinə sosial şəbəkədən istifadə etmək qadağan edildi

Rus əsgərlərinə sosial şəbəkədən istifadə etmək qadağan edildi
DÜNYA
17:03 08.04.2022
541
Rusiyada əsgərlərə sosial şəbəkədən istifadə etmək qadağan edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyada əsgərlərə sosial şəbəkələrdən istifadə etməyə icazə verilməyəcək.
 
Bu haqda Kremlin sözçüsü Peskov bildirib. 

Kremlin yüksək səviyyəli komandirləri Ukraynanın manipulyasiya etdiyini və dezinformasiya yaydığını iddia edərək orduda sosial şəbəkələrdən istifadəni qadağan edib. Ancaq bu açıqlamanın arxasında duran əsas həqiqətin internetdə yayılan xəbər və görüntülərdən onsuzda zədələnən rus əsgərlərinin mənəviyyatlarını tamamilə itirməsinin qarşısını almaq olduğu düşünülür.

Lakin Ukraynanın müharibənin ilk günlərindən internetdən çox səmərəli istifadə etdiyi məlum faktdır. Bütün Ukrayna rəsmiləri, xüsusən də Ukrayna lideri Zelenski öz səslərini eşitdirmək, cəbhədə baş verənləri dünya ilə bölüşmək və Qərb müttəfiqlərindən dəstək almaq üçün çoxsaylı sosial şəbəkələrdə paylaşımlar edib. Bu, Ukraynanın dünya qarşısında Rusiya qarşısında mövqeyini daha da gücləndirən amillərdən birinə çevrilib.

Rusiyanı internetdən istifadə ilə bağlı narahat edən yeganə fakt təbii ki, sosial şəbəkələrdən istifadə ilə məhdudlaşmır. Rus qoşunlarında olan əsgərlərin "Whatsapp”, "Telegram” və "Viber” kimi mesajlaşma proqramlarından istifadə edərkən həssas məlumatları paylaşdıqları və əsgərlərinin yeri kimi çox kritik məlumatları ortaya qoyduğu düşünülür.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR