Mərkəzi Afrika Respublikasının (MAR) polisi "Rus evi"nin rəhbəri Dmitri Sıtının yaralanması ilə nəticələnən terror aktında əli olmaqda şübhəli sayılan poçt işçiləri də daxil olmaqla yeddi nəfəri həbs edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Mərkəzi Afrika radiostansiyasının əməkdaşı Ndeke Luka məlumat verib.
Qeyd edək ki, dekabrın 16-da MAR-ın paytaxtı Banqi şəhərində yerləşən "Rus evi”nin rəhbəri Dmitri Sıtıy sui-qəsd aktına məruz qalıb. Dekabrın 19-da Sıtıy Rusiyaya təxliyə olunub.