Rus hərbçiləri bütün Xerson vilayətində mobil rabitəni kəsiblər.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Xerson vilayət hərbi administrasiyasının sədri Gennadi Laquta məlumat verib.
"İşğalçılar bütün Xerson vilayətində "Vodafone" və "Kyivstar" mobil şəbəkələrini bağlayıblar", - məlumatda deyilir.
O əlavə edib ki, hazırda yalnız WiFi işləyir. Vəziyyət aydınlaşdırılır.
Qeyd edək ki, martın 2-də döyüşlərdən sonra ruslar Xersonu nəzarətə götürüblər.