Rus işğalçıları Sumi rayonunu bombaladılar: iki dinc sakin öldü

Rus işğalçıları Sumi rayonunu bombaladılar: iki dinc sakin öldü
DÜNYA
11:54 11.03.2022
293
Rus işğalçıları Sumi rayonunu bombalayıblar.

Bu barədə Sumi şəhər Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski "Telegram" kanalında məlumat verib.
 
Məlumata görə, martın 11-nə keçən gecə rus hərbçiləri Malovorojbyanski kənd sovetinin Kerdilivşçina fermasının yaşayış binalarını atəşə tutublar. Nəticədə iki mülki şəxs həlak olub.

Xatırladaq ki, müharibənin ilk günündən, yəni fevralın 24-dən Rusiya qoşunları Sumi bölgəsindəki yaşayış məntəqələrini fəal şəkildə atəşə tutur. 
OXŞAR XƏBƏRLƏR