Rus ordusu geri çəkildiyi yerlərə partlamağa hazır sursatlar yerləşdirib

Rus ordusu geri çəkildiyi yerlərə partlamağa hazır sursatlar yerləşdirib
DÜNYA
15:29 18.04.2022
1693
Rus ordusu geri çəkildiyi yerlərə partlamağa hazır sursatlar yerləşdirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kiyevdən bir müddət geri çəkilən rus ordusunun partlamağa hazır sursatları geri çəkildiyi yerlərə qoyduğu açıqlanıb.
 
Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Xidmətinin rəsmiləri elan ediblər ki, Rusiya qüvvələri Kiyev vilayətini tərk edərkən maşınlarda, evlərdə, meşələrdə və yollarda partlamamış sursatlar qoyub. Ukrayna hakimiyyəti Kiyev vilayətinin bütün sakinlərinə xəbərdarlıq edib ki, diqqətli olsunlar, yad əşyalar götürməsinlər, işğal olunmuş ərazilərdə meşə yollarından və cığırlarından istifadə etməsinlər, həmçinin uşaqları daim nəzarətdə saxlasınlar.
 
Bildirilib ki, partlayıcı maddələr üzrə mütəxəssis və xilasetmə qrupları tərəfindən icazə verilməyən evlərə, iş yerlərinə və ərazilərə giriş qadağan edilsin. Rəsmi orqan partlayıcı maddələrin məhv edilməsi prosesinin başladığını da açıqlayıb.
 
Həmçinin bildirilib ki, Ukraynaya müharibə elan edən Rusiya ordusu bu vaxta qədər 20 min 100 əsgər, 163 təyyarə, 145 helikopter, 762 tank, 1458 maşın, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 138 pilotsuz uçan aparatı itirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR