Rusiya ordusu Ukraynanın Sumi bölgəsini tərk edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahı Rusiya hərbi birləşmələrinin Sumi bölgəsini tərk etməyə başladığını açıqlayıb.
Rusiya ilə Ukrayna arasında 39 günlük müharibədə rus ordusu Ukraynanın bəzi bölgələrindən geri çəkilməyə başlayıb.
Türkiyədə aparılan danışıqlardan dərhal sonra paytaxt Kiyevin yerləşdiyi bölgənin şimalından ilk olaraq geri çəkilən Rusiya ordusu indi Sumi bölgəsindən geri çəkilir.
Mövzu ilə bağlı Ukrayna Baş Qərargahı məlumat verib:
"Ukrayna xalqının Rusiyanın hücumlarına qarşı qəhrəmancasına müqaviməti 39 gündür davam edir. Rus əsgərləri ölkəmizə qarşı hərtərəfli hücumlarını davam etdirir. Rus ordusu hədəflərinə çata bilmədiyi üçün Sumidən geri çəkilməyə başlayıb. Rus ordusu Donetsk vilayətində yeni qruplaşmalarla qüvvəsini artırır, lakin həm hərbi, həm də texniki baxımdan itirməkdə davam edir. Hücumlarda mülki şəxslər həyatını itirir”.
Ayşən Mirzəyeva