Rus ordusu Ukrayna cəbhəsində 9 tankını itirdi

Rus ordusu Ukrayna cəbhəsində 9 tankını itirdi
DÜNYA
10:40 23.04.2022
285
Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda "S-300VM” zenit kompleksinin batareyası yerləşdirib.

İzyumun cənubunda rəqib hücuma keçib. Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib.

Mariupolda "Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir.

Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsələr də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalırlar.

Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb.
OXŞAR XƏBƏRLƏR